...

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil - SN

Cəmiyyət Materials 22 Yanvar 2025 15:19 (UTC +04:00)
Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil - SN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Meymunçiçəyi virusuna qarşı vaksinlər istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil.

"Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin edir. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti