Bakı. Trend:
2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.