...

Səhiyyə sahəsinə vəsait qoyuluşu dinamik olaraq artmaqdadır - Komitə sədri

Cəmiyyət Materials 30 Yanvar 2025 11:35 (UTC +04:00)
Səhiyyə sahəsinə vəsait qoyuluşu dinamik olaraq artmaqdadır - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə sahəsinə vəsait qoyuluşu dinamik olaraq artmaqdadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün parlamentdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

O bildirib ki, hazırda səhiyyə sahəsində qoyulan məbləğ 3 milyard manata çatır.

“5 il bundan əvvəl səhiyyəyə vəsait qoyuluşu 80 milyon manat təşkil edirdisə, hazırda İcbari Tibbi Sığorta Fondunun vəsaitləri də daxil olmaqla bu vəsait 3 milyard manata yaxındır. Həmçinin, son illər 700-dən artıq xəstəxana ya inşa edilib, ya da yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilərək, əhalinin istifadəsinə verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti