...

Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı artırılır - DSMF

Cəmiyyət Materials 5 Fevral 2025 21:33 (UTC +04:00)
Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı artırılır - DSMF
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamı ilə hər il pensiyaların indeksləşdirilməklə artırılması, eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, yeni Sərəncam bu istiqamətdə növbəti artımı təmin edir.

Belə ki, bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə orta illik səviyyəsinə uyğun olaraq 2,2 faiz indeksləşdirilərək artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti