Bakı. Trend:
Azərbaycanda hansı imtahanın hansı qurum tərəfindən keçirilməsi qaydalarla müəyyən olunur.
Trend xəbər verir ki, bu barədə elm və təhsil nazirliyi Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Sözün düzü mən DİM tərəfindən keçirilən imtahanların da yüksək keyfiyyətli olduğuna inanıram. Bu birgə işdir. Ya nazirlik imtahan keçirdi, ya da DİM fərq etməz. Sadəcə olaraq bəzi təhsil ekspertləri bekardır. Çünki mahiyyət etibarilə imtahanın hansı qurum tərəfindən keçirilməsi heç nəyi dəyişmir. Bizim DİM-lə çox yaxşı münasibətlərimiz var. Bir-birimizdən yardım da alırıq. Hər iki qurum Azərbaycan təhsilinə xidmət edir. Sadəcə bəzi insanlar geridə qalıblar. Elə düşünürlər ki, nazirlik və DİM arasında münaqişə olanda həyat daha maraqlı olur”, - o bildirib.