...

Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2025 16:53 (UTC +04:00)
Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti