...

Gözəllik və qayğı üçün hədiyyə: A-Qroup 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edir!

Cəmiyyət Materials 28 Fevral 2025 14:41 (UTC +04:00)
Gözəllik və qayğı üçün hədiyyə: A-Qroup 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edir!

Bakı. Trend:

A-Qroup sığorta şirkəti 30 ilə yaxındır ki, sığortalılarının sağlamlığına qayğı göstərir. Sağlamlıq və gözəllik hər bir qadının həyatında mühüm rol oynayır. Buna görə də A-Qroup yalnız gözlənilməz hallardan qorumaqla kifayətlənmir, eyni zamanda hər gün özünü əla hiss etməyə kömək edir.

Hər il olduğu kimi, bu il də A-Qroup 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün sığortalı xanımlara xüsusi hədiyyə hazırlayıb. Skincode Clinic və Kepro Esthetic & Antiage Clinic premium brendlərlə əməkdaşlıq çərçivəsində sığortalı xanımlar kosmetoloji və cavanlaşdırıcı prosedurlara 25%-dək endirimlə yararlana bilərlər.

Skincode Clinic və Kepro Esthetic & Antiage Clinic – gəncliyin qorunduğu və innovativ texnologiyaların fərdi yanaşma ilə birləşdiyi məkanlardır. Burada ali tibbi təhsilli və mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edərək ixtisaslarını artıran həkimlər fəaliyyət göstərir. Hər iki klinika rəsmi tibbi lisenziyaya malikdir, ən müasir avadanlıqlardan və sertifikatlı preparatlardan istifadə edir.

A-Qroup sığortalı xanımlar üçün xüsusi prosedurlar:

  • Fotocavanlaşma (IPL) proseduru Triton və Stellar M22 aparatlarında;
  • Q switch kollagenstimulyasiya proceduru Stellar M22 aparatında;
  • Laennec - plasentar terapiya (bölgələr üz, boyun);
  • Dünyanın lideri olan "Germaine de Capuccini" kosmosevtikası vasitəsilə nəmləndirici və antiyaşlanma prosedurları;
  • Piling proseduru + plasentar terapiya (laennec)
  • Biorevitalizasiya proseduru

və bir çox digər xidmətlər.

Kampaniyanın müddəti: 01.03.2025 – 15.03.2025

Ətraflı məlumat üçün: (055) 266 12 34 / (051) 625 53 80; (012) 377 09 09

Əziz xanımlar, qoy gözəlliyiniz bahar kimi çiçəklənsin! A-Qroup bütün xanımları 8 Mart münasibətilə təbrik edir, sizə gözəllik, sağlamlıq və rifah arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti