...

Ağdamda piyadanı avtomobil vurub

Cəmiyyət Materials 28 Fevral 2025 22:17 (UTC +04:00)
Ağdamda piyadanı avtomobil vurub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Yolu keçmək istəyən qəsəbə sakini 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlunu 21 yaşlı Şirəliyev Elcanın idarə etdiyi "Prado" markalı avtomobil vurub.

Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstərilərək Ələmdar Həsənovu təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti

Xəbər lenti