...

Qatarın qarşısına qəfil çıxan yeniyetmə faciəli şəkildə öldü

Cəmiyyət Materials 1 Mart 2025 16:57 (UTC +04:00)
Qatarın qarşısına qəfil çıxan yeniyetmə faciəli şəkildə öldü
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan dəmir Yolları"nın yaydığı məlumatda deyilir.

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.

"Azərbaycan Dəmir Yolları" piyadalara bir daha xəbərdarlıq edib ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.

Xəbər lenti

Xəbər lenti