Bakı. Trend:
23 fevral tarixində keçirilən Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Qeyd edilib ki, respublika mərhələsinin yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
"Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!",- deyə məlumatda qeyd edilib.