...

Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir

Cəmiyyət Materials 4 Mart 2025 20:13 (UTC +04:00)
Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılış mərasimi baş tutub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgi Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsil müəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.

Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbek çıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlarda elm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədə danışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Qeyd edilir ki, iki gün davam edəcək təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə etmək mümkündür. Sərgidə iştirak ödənişsizdir.

Məlumat üçün bildirilir ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti