Bakı. Trend:
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobilinin sürücüsünün halı qəfil pisləşib.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerində xidmət aparan yol polisi əməkdaşları sürücüyə dərhal zəruri yardım göstəriblər. Hazırda bu səbəbdən “Xırdalan" dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.