...

Bakının bir neçə rayonunda qaz olmayacaq

Cəmiyyət Materials 6 Mart 2025 09:05 (UTC +04:00)
Bakının bir neçə rayonunda qaz olmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsində isə qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Fasilə müddətində Nəsimi rayonunun Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələri, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O. Şabanov küçəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti