...

Ötən il 1 nömrəli Körpələr Evinə qəbul edilən və övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Cəmiyyət Materials 14 Mart 2025 11:13 (UTC +04:00)
Ötən il 1 nömrəli Körpələr Evinə qəbul edilən və övladlığa verilən uşaqların sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin 1 nömrəli Körpələr Evinə 56 uşaq qəbul olunmuş, 28 uşaq övladlığa verilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, hesabat dövründə 1,6 mindən çox uşaq sanatoriyalarda müalicəyə cəlb olunub. "Uşaq Psixonevroloji Mərkəzi"ndə 18 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq stasionar müalicə və 1,2 mindən çox uşaq ambulator müalicə alıb.

Xəbər lenti

Xəbər lenti