...

Qlobal Bakı Forumunda “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsi keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 Mart 2025 15:55 (UTC +04:00)
Qlobal Bakı Forumunda “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsi keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

XII Qlobal Bakı Forumunda “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, paneldə çıxış edən Qırğızıstanın 2014–2015-ci illərdə baş naziri olmuş Coomart Otorbayev qeyd edib ki, mən Qarabağın bərpası üzrə hərtərəfli plandan təsirlənmişəm.

“Mən dünyanın heç bir yerində bu qədər kompleks bir proqram görməmişəm. Əgər Azərbaycan – mən əminəm ki, buna nail olacaq – bu planı sistemli və məqsədyönlü yanaşma ilə həyata keçirərsə, bu təkcə post-münaqişə bərpası üçün ideal model yox, həm də digər regionlar üçün etalon olacaq”,- deyə o bildirib.

Otorbayev qeyd edib ki, təxminən 10 gün ərzində Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Fərqanə vadisində sammit keçirəcək və burada regionda dostluğun möhkəmləndirilməsi proqramını təqdim edəcəklər.

“Lakin indi konkret addımlara keçmək vacibdir. Əminəm ki, qardaş ölkəmiz Azərbaycanın nümunəsi bizim irəliyə doğru necə hərəkət etməli olduğumuz üçün mükəmməl bir istiqamətləndirici olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti