...

DİN-dən kibertalama cinayətləri ilə bağlı növbəti ÇAĞIRIŞ (VİDEO)

Cəmiyyət Materials 14 Mart 2025 19:10 (UTC +04:00)
DİN-dən kibertalama cinayətləri ilə bağlı növbəti ÇAĞIRIŞ (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir.

"Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb. Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur.

Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir.

CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin.

Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!", - nazirliyin müraciətində deyilir.

Xəbər lenti

Xəbər lenti