...

Hacıqabul Sənaye Parkına 3,5 milyon manatdan çox investisiya yatırılacaq

İqtisadiyyat Materials 14 Mart 2025 17:46 (UTC +04:00)
Hacıqabul Sənaye Parkına 3,5 milyon manatdan çox investisiya yatırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Sənaye Parkının yeni qeydiyyata alınan rezidenti tərəfindən 3,5 milyon manatdan çox investisiya yatırılacaq.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Bərəkət-İ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Qeyd olunub ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində tikinti və avtomobil sənayesində istifadə ediləcək izolyasiya məhsullarının istehsalı layihəsi həyata keçiriləcək. "Cənubi Koreyanın qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 4,1 milyon m² izolyasiya məhsulu istehsal olunacaq.

İnvestisiya dəyəri 3,5 milyon manatdan çox olan layihə çərçivəsində 13 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

2026-cı ildə fəaliyyətə başlayacaq müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır", - məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti