...

Qarabağda info-sessiyalar keçiriləcək

Cəmiyyət Materials 14 Mart 2025 14:53 (UTC +04:00)
Qarabağda info-sessiyalar keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

18-19 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün info-sessiyalar keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaq.

Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşları Nərminə Abdullayeva və Ülviyyə Gözəli “Scopus”, “Science Direct” məlumat bazalarından səmərəli istifadə strategiyaları və “Scopus AI” süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda təqdimatla çıxış edəcəklər. Agentliyin Xaricdə təhsil sektorunun əməkdaşı Həcər Kəlbiyeva isə elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları barədə iştirakçıları məlumatlandıracaq.

Qarabağ və ətraf ərazilərdən elm və təhsil ictimaiyyətindən olan şəxslər info-sessiyalarda iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti