...

Azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb

Cəmiyyət Materials 14 Mart 2025 16:42 (UTC +04:00)
Azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Artıq işğaldan azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"90 kəndin planlaşdırılması başa çatıb. Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır.

O cümlədən, 3 min keçmiş məcburi köçkün ailəsi və digər insanlar - tələbələr həmin ərazilərdə yaşayır, fəaliyyət göstərirlər", - o qeyd edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Xəbər lenti

Xəbər lenti