...

İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin şərtləri üzrə razılaşmanın əldə olunmasını alqışlayır - XİN

Siyasət Materials 14 Mart 2025 14:58 (UTC +04:00)
İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin şərtləri üzrə razılaşmanın əldə olunmasını alqışlayır - XİN
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycanla Ermənistan arasında Sülh sazişinin şərtləri üzrə razılaşmanın əldə olunmasını alqışlayır.

Trend xəbər verir ki, bunu İranın XİN mətbuat katibi İsmayıl Bəqai bildirib.

O, bu razılaşmanı Cənubi Qafqazda möhkəm sabitliyə aparan yolda atılmış vacib addım kimi dəyərləndirib.

İranlı mətbuat katibi, hər iki tərəfin dialoq və diplomatik səylərə sadiq qalmaları hesabına yaxın zamanda regionda dayanıqlı sülh və sabitliyi təmin edəcək sülh sazişinin bağlanacağına ümidvar olduğunu deyib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti