Bakı. Trend:
Hesabatda sənaye məhsulunun 83 faizinin Bakıda istehsal olunduğu qeyd edilib. Başadüşüləndir, söhbət neftin 278 illik hökmranlığından gedir. Sənayenin coğrafiyasını bölgələrə keçirməsək, əhalinin paytaxtın əmək, mənzil və nəqliyyat sferasında sıxlığı azalmayacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
Millət vəkili bildirib ki, hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən bir məqam həmişə unudulur.
“Əlbəttə, mənzil fondunun yenilənməsi alqışalayiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı və rəsmən qeydiyyatdan keçərək, binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir.
İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadratmetrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur”, - deyə komitə sədri qeyd edib.