...

Sabah Bakıda 24 dərəcə isti olacaq

Cəmiyyət Materials 14 Mart 2025 12:43 (UTC +04:00)
Sabah Bakıda 24 dərəcə isti olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +7 dərəcədən +12 dərəcəyədək isti, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +7 dərəcədən +12 dərəcəyədək , gündüz +24 dərəcədən +29 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +8 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti