...

Kiçik və orta gücə malik ölkələr ədalətli dünya düzəninə can atırlar - Artis Pabriks

Gündəm Materials 14 Mart 2025 15:21 (UTC +04:00)
Kiçik və orta gücə malik ölkələr ədalətli dünya düzəninə can atırlar - Artis Pabriks
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı.Trend:

Kiçik və orta gücə malik ölkələr ədalətli dünya düzəninin axtarışında mühüm rol oynayır.

Trend xəbər verir ki, bunu 2019-2022-ci illərdə Latviyanın sabiq müdafiə naziri Artist Pabriks XII Qlobal Bakı Konqresi çərçivəsində “Yeni dünya düzənində orta güclər” mövzulu panel müzakirələrində etdiyi çıxışda deyib.

Sabiq nazirin sözlərinə görə, dünya hazırda keçid dövrünü yaşayır - köhnə düzən hələ başa çatmayıb, yeni düzən isə hələ tam formalaşmayıb

“Pis xəbər ondan ibarətdir ki, yeni dünya düzəni və ya mövcud dünya düzəninin yoxa çıxması hələlik son nöqtəsinə gəlib çatmayıb və vəziyyət, ola bilsin pisləşsin. Lakin ölçülərindən asılı olmayaraq, bütün ölkələrin hörmət etməli olduğu qanunlara əsaslanan ədalətli dünya düzəni gec-tez bərqərar olacaq”, - deyə Artis Pabriks bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti