Bakı. Trend:
Türkiyədə ölkədəki hərbi bazalar və kritik bölgələr, eləcə də Türkiyənin xaricdə yerləşən mühüm məntəqələrinə dair məlumatları ələ keçirərək İran kəşfiyyatına ötürdüyü müəyyən edilən 5 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bununla bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında istintaq başladılıb.
Nəticədə ölkə daxilində beş nəfərin “hərbi və siyasi casusluq” törətdiyi müəyyən edilib. Bu istiqamətdə Türkiyənin İstanbul, Antalya və Merin vilayətlərində keçirilən əməliyyat nəticəsində beş şübhəli saxlanılıb.
Onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat əməkdaşları ilə əlaqə quraraq Türkiyədəki hərbi bazalar, strateji əhəmiyyət daşıyan bölgələr və xaricdəki kritik məntəqələrə dair məlumatları ələ keçirərək İran kəşfiyyatına ötürdükləri aşkarlanıb.