Bakı. Trend:
Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması onilliklərlə davam edən münaqişəyə son qoyacaq tarixi məqamdır.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə naziri Stiven dauti "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Davamlı sülhə nail olmaq niyyəti aydındır. Mən hər iki tərəfi onun həyata keçirilməsini təmin etmək üçün müqaviləni mümkün qədər tez imzalamağa çağırıram", - deyə o bildirib.