...

Azərbaycan Suriyada bərpa işlərində iştirak edəcək? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 14 Mart 2025 16:48 (UTC +04:00)
Azərbaycan Suriyada bərpa işlərində iştirak edəcək? - RƏSMİ AÇIQLAMA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hələlik Suriyada bərpa işlərində iştirakla bağlı komitənin qarşısında məsələ qoyulmayıb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Amma əvvəlki dövrlərdə Türkiyədəki zəlzələdən sonra Azərbaycan dəstək göstərdi, maliyyə ayırdı və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə bir məhəllə yenidən quruldu.

Bundan başqa, Ukraynada müəyyən bərpa ilə bağlı layihələr hazırlanır, hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca, təbii ki, Azərbaycan tərəfdaş, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti