...

Yeni dünya düzənində orta güclərin rolu artır - Pyotr Stoyanov

Gündəm Materials 14 Mart 2025 15:54 (UTC +04:00)
Yeni dünya düzənində orta güclərin rolu artır - Pyotr Stoyanov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Yeni dünya düzənində orta güclərin rolu artır.

Trend xəbər verir ki, bunu 1997-2002-ci illərdə Bolqarıstanın prezidenti olmuş Pyotr Stoyanov XII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya düzənində orta güclər” mövzulu panel müzakirələrində etdiyi çıxışda deyib.

“Bu gün "soyuq müharibə"nin başa çatmasından 35 il ötür və yeganə super-dövlət kimi Birləşmiş Ştatların roluna ciddi şəkildə meydan oxunub”, - deyə Stoyanov söyləyib.

O qeyd edib ki, dəyişə bilən koalisiyalar yaratmağa qadir olan orta güclər yeni dünya düzənində mühüm rol oynayacaq. Böyük güclər belə bir imkana malik deyillər.

Onun sözlərinə görə, əksər orta güclər BRİCS üzvləri - Misir, Efiopiya, İran, BƏƏ və İndoneziyadır. Türkiyə, Tayland və Malaziya isə artıq üzvlük üçün ərizə ilə müraciət ediblər.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti