Bakı. Trend:
2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln ton olmuşdur. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil edib.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilmiş, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb.
“İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunub, 470 km dəmir yolu xətti yenidən qurulub, 168 dəmir yolu tuneli və ya körpüsü tikilib və ya əsaslı təmir olunub”, - deyə Ə.Əsədov qeyd edib.