...

Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib

İqtisadiyyat Materials 14 Mart 2025 16:20 (UTC +04:00)
Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzlər Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində 4SİM-in ev sahibliyi etdiyi Dördüncü Sənaye İnqilabı Azərbaycan mərkəzinin yeni vebsaytı (https://www.c4irazerbaijan.org/) istifadəyə verilib.

Trend-ə bu barədə Mərkəzdən məlumat verilib.

Məlumata görə, platformada 4Sİ Azərbaycan mərkəzinin fəalyyəti, DİF ilə birgə icra etdiyi layihələr və təşəbbüslər barədə məlumat öz əksini tapıb.

Azərbaycanlı istifadəçilər sayt üzərindən 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan 1000-ə yaxın tərəfdaşlıq şəbəkəsinə, eyni zamanda 200-dən çox çoxşaxəli təşəbbüsə qoşulmaq imkanı əldə edəcəklər.

Platformaya üzv olmaq istifadəçilərə qlobal ekspert şəbəkəsinə çıxış, icra olunan təşəbbüslərdə iştirak və peşəkarlar və innovatorlarla əlaqə imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti