...

Salyanda qanunsuz ağac kəsən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 14 Mart 2025 16:00 (UTC +04:00)
Salyanda qanunsuz ağac kəsən şəxs saxlanıldı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Peyk kəndi ərazisində qanunsuz olaraq ağac kəsən H.Haqverdiyev saxlanılıb.

Trend xəbər verir ki, araşdırmalarla adıçəkilən şəxsin 137 ədəd yaş gövdəli yulğun ağacını kəsərək təbiətə 11 min manata yaxın ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti