...

Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik - Nazir müavini

Siyasət Materials 14 Mart 2025 14:30 (UTC +04:00)
Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda olan revanşist qüvvələrin mövcudluğu və onların mütəmadi olaraq fəaliyyətini sülh üçün ciddi risk hesab edirik.

Trend xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov deyib.

O, sülh sazişinin imzalanması üçün gün və məkanın müzakirəsini yersiz hesab edib:

"Çünki dünən də nazir tərəfindən verilmiş açıqlamaya əsasən, Azərbaycan tərəfi növbəti mərhələdə Ermənistan tərəfindən iki şərtin yerinə yetirilməsini gözləyir. Bu, artıq bir müddətdir, bizim qaldırdığımız Ermənistanın konstitusiyasında hələ 90-cı illərin əvvəllərindən mövcud olan Azərbaycanın suveren ərazisinə qarşı olan iddiaların çıxarılmasıdır. İkincisi isə bir müddətdir, artıq tərəflər arasında müzakirə edilən vaxtilə yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir. Bununla bağlı hər iki dövlət təbii ki, ATƏT-ə birgə müraciət edə bilər. Azərbaycan tərəfi bunu münaqişənin həll edilməsini nəzərə alaraq bir müddətdir, təklif edib. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Birgə müraciətin edilməsi hesab edirik ki, Ermənistanın həqiqətən də, real niyyəti barədə bizə məlumat verəcək.

Təbii ki, Ermənistanda olan revanşist qüvvələrin mövcudluğu və onların mütəmadi olaraq fəaliyyətini sülh üçün ciddi risk hesab edirik. Hesab edirik ki, burada konkret birmənalı mövqe ortaya qoyulmalıdır", - deyə E. Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti