Bakı. Trend:
İstirahət günlərində, yəni martın 15-16-da Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Göygöl Milli Parkında gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq.
Şahdağ milli parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +2 dərəcədən +6 dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək olacaq.
Altıağac Milli Parkında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +10 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq.
Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +10 dərəcədən +12 dərəcəyədək, gündüz +27 dərəcədən +29 dərəcəyədək olacaq.
Şirvan Milli Parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +9 dərəcədən +11 dərəcəyədək, gündüz +25 dərəcədən +27 dərəcəyədək olacaq.
Ağgöl Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +7 dərəcədən +9 dərəcəyədək, gündüz +23 dərəcədən +26 dərəcəyədək olacaq.
Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq.Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +6 dərəcədən +10 dərəcəyədək, gündüz +20 dərəcədən +23 dərəcəyədək olacaq.
Hirkan Milli Parkında isə cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +6 dərəcədən +10 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq.