...

Yanvar-fevral aylarında pensiya ödənişlərinə yönələn vəsaitin həcmi məlum olub

Cəmiyyət Materials 14 Mart 2025 14:48 (UTC +04:00)
Yanvar-fevral aylarında pensiya ödənişlərinə yönələn vəsaitin həcmi məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (103 mln. manat) çox olmaqla 1 mlrd. 178 mln. manat vəsait yönəldilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Bu ilin iki ayında 9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 147 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti