...

“Azərenerji” İES-lərdə və SES-lərdə elektrik enerjisi istehsalını artırıb

İqtisadiyyat Materials 14 Mart 2025 17:25 (UTC +04:00)
“Azərenerji” İES-lərdə və SES-lərdə elektrik enerjisi istehsalını artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında “Azərenerji” ASC 4,35 milyard kilovat-saat (kVt·st) elektrik enerjisi istehsal edib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 167 milyon kVt·st və ya 4% çoxdur. Ötən ilin yanvar-fevral aylarında bu göstərici 4,18 milyard kVt·st idi.

Bu dövrdə “Azərenerji” istilik elektrik stansiyalarında (İES) 3,95 milyard kVt·st, su elektrik stansiyalarında (SES) 398 milyon kVt·st elektrik enerjisi istehsal edib.

Bunlar da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27 milyon kVt·st (0,7%) və 140 milyon kVt·st (54,3%) çoxdur. Belə ki, 2024-cü ilin ilk iki ayında “Azərenerji” İES-lərdə 3,92 milyard kVt·st, SES-lərdə 258 milyon kVt·st elektrik enerjisi istehsal edib.

Qeyd edək ki, bəhs olunan dövrdə elektrik enerjisinin istehsalı Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kVt·st (İES-lərdə 41,4 milyon kVt·st, SES-lərdə 12,3 milyon kVt·st, GES-də 7,6 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 445,8 milyon kVt·st təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti