Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 milyon kilovat-saat (kVt·st) elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon kVt·st və ya 31,7% azdır. Belə ki, ötən ilin eyni dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6 milyon kilovat-saat (kVt·st) elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 4,86 milyard kVt·st olub. Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4,35 milyard kVt·st (İES-lərdə 3,95 milyard kVt·st, SES-lərdə 397,9 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kVt·st (İES-lərdə 41,4 milyon kVt·st, SES-lərdə 12,3 milyon kVt·st, GES-də 7,6 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 445,8 milyon kVt·st təşkil edib.