...

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

İdman Materials 15 Mart 2025 00:08 (UTC +04:00)
Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub.

Trend-in məlumatına görə, son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Ruslan Nurullayev (72 kiloqram) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbə ilə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.

Elmin Əliyevin (82 kiloqram) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti