...

İlk dəfə işə başlayanlar üçün tibbi arayışın ödənişsiz olması təklif edilir

Cəmiyyət Materials 14 Mart 2025 16:10 (UTC +04:00)
İlk dəfə işə başlayanlar üçün tibbi arayışın ödənişsiz olması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı rüsum ödənilmədən verilsin.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən plenar iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

Millət vəkili sosial sığorta stajı ilə bağlı təklifini də səsləndirib.

“Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın”, - deyə komitə sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti