...

Aİ "müşahidəçiləri"nin Azərbaycana qarşı sui-istifadə cəhdləri normallaşma gündəliyinə xələl gətirib

Siyasət Materials 14 Mart 2025 14:25 (UTC +04:00)
Aİ "müşahidəçiləri"nin Azərbaycana qarşı sui-istifadə cəhdləri normallaşma gündəliyinə xələl gətirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının davamlı şəkildə Azərbaycan əleyhinə sui-istifadə cəhdləri regionda normallaşma gündəliyinin irəlilədilməsi səylərinə xələl gətirib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü il Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən Ermənistanın iqtisadi, sosial, eləcə də hərbi, hərbi-texniki baxımdan dəstəklənməsi ilə regionda hərbi-siyasi balansın Azərbaycan üçün əlverişli olmayan istiqamətdə dəyişdirilməsi cəhdlərinin intensivləşməsi ilə xarakterizə olunub. Fransanın birbaşa təhriki ilə Aİ-nin regiona münasibətində bitərəflik və qərəzsizlikdən daha da uzaqlaşması müşahidə edilib.

Hesabat dövründə Azərbaycanın milli maraqlarına qarşı addımların neytrallaşdırılması üçün zəruri fəaliyyət həyata keçirilib, regional və regiondan kənar dövlət və beynəlxalq təşkilatlar ilə Azərbaycanın normallaşmaya dair yanaşmasının izah edilməsi, bu yanaşmaya beynəlxalq dəstəyin təmin edilməsi və əks-təbliğat cəhdlərinin neytrallaşdırılması məqsədilə təmaslar intensivləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti