Ağdam. Trend:
Əminəm ki, bu gündən sonra Azərbaycan xalqı daim əmin amanlıq şəraitində yaşayacaq.
Bunu Trend-ə Xocalının Ballıca kəndinə köç zamanı Ballıca sakini Coşqun Əhmədov deyib.
“Prezident İlham Əliyevə, bütün şəhid ailələri və qazilərə təşəkkür edirəm. Allah şəhidlərə rəhmət etsin! Onlar bu günü bizə bəxş etdi. Əminəm ki, bundan sonra da hər gün dövlətimiz çiçəklənəcək", - o bildirib.