Bakı. Trend:
Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şara ölkənin 5 illik keçid dövrünü əhatə edən konstitusiya bəyannaməsi imzalayıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Müvəqqəti konstitusiya” sayılan bu sənədə görə, prezidentin dini İslam dini, qanunvericiliyinin əsas qaynağı kimi isə məhz İslami qanunlar göstərilib.
Sənəd eyni zamanda, hakimiyyət bölgüsü, məhkəmə sisteminin müstəqilliyi kimi məsələləri ehtiva edir, qadın hüquqları, ifadə azadlığı və mətbuat azadlığının təmin olunması ilə bağlı zəmanətlər verir.
“Ümidvarıq ki, bununla Suriya üçün yeni tarix yazmış olacağıq, elə tarix ki, zülmü ədalət əvəz edəcək”, - deyə prezident Əl-Şara bildirib.