“Rəqəmsal resept" informasiya sistemi üzərində 70 min resept yazılıb

Cəmiyyət Materials 14 Mart 2025 11:15 (UTC +04:00)
“Rəqəmsal resept" informasiya sistemi üzərində 70 min resept yazılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə "Rəqəmsal resept" informasiya sistemi üzərində 70 min resept yazılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

“"Rəqəmsal resept" informasiya sistemi hazırlanıb və tibb müəssisələrində reseptlərin yalnız bu sistemlə yazılması üzərində mütəmadi monitorinqlər keçirilib. 2024-cü ildə tibb müəssisələri tərəfindən ümumilikdə 70 min resept yazılıb, 372 tibb müəssisəsində 2,1 min həkim resept yazma fəaliyyətində iştirak edib, habelə ölkə üzrə fəaliyyət göstərən 3 min aptekdən 2,8 min aptekin sistemə qoşulması təmin edilib”,- deyə məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti