...

Ağcabədidə dələduzluq edən şəxs həbs edilib

Cəmiyyət Materials 16 Mart 2025 12:37 (UTC +04:00)
Ağcabədidə dələduzluq edən şəxs həbs edilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, araşdırma zamanı Elməddin Baxışovun təqaüd düzəltmək adı ilə 11 000 manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti