...

Xankəndidə tunel-zirzəmi aşkarlandı (FOTO)

Cəmiyyət Materials 18 Mart 2025 14:06 (UTC +04:00)
Xankəndidə tunel-zirzəmi aşkarlandı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndidə uzunluğu minlərlə metr olduğu deyilən tunel-zirzəmi aşkarlanıb.

Trend-in Qarabağ müxbirinin xəbərinə görə, həbsxana tipli zirzəmiyə giriş qapılarından biri şəhərin mərkəzi küçələrindən birində yerləşir.

Həbsxana otaqlarının dəmir qapıları çöldən 4 ədəd qurğularla bağlanır. Tunelə giriş qapısının üzəridə yerləşən mənzillərdən birinin yüksək rütbəli erməni hərbçiyə məxsus olduğu deyilir.

Əvvəllər həbsxana kimi istifadə olunan zirzəminin Vətən Müharibəsi zamanı sığınacaq kimi istifadə olunduğu müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti