...

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir (FOTO)

Cəmiyyət Materials 19 Mart 2025 11:00 (UTC +04:00)
AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir.

Trend xəbər verir ki, tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.

Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində AHİK rəsmiləri məktəbliləri təbrik edib, onların doğma yurd-yuvalarında bayram keçirmələrinin qürurlu olduğunu vurğulayıblar. Tədbirdə uşaqların inkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs olunub, onların əsl vətənpərvər kimi formalaşması üçün görülən işlər diqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.

Tədbirlərdə AHİK tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti