Bakı. Trend
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə vəsatəti təmin edib və Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilön şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.