Bakı. Trend:
Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.
Trend xəbər verir ki, sonuncu Qədr gecəsi isə martın 26-da olacaq.
Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.
Qeyd edək ki, Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.