...

Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək (FOTO)

Cəmiyyət Materials 28 Mart 2025 13:45 (UTC +04:00)
Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Sarıcalı kəndinə mediatur zamanı məlumat verilib.

Bildirilib ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti