...

Sarıcalıya birinci mərhələdə 203 ailənin köçürülməsi planlaşdırılır

Cəmiyyət Materials 28 Mart 2025 13:50 (UTC +04:00)
Sarıcalıya birinci mərhələdə 203 ailənin köçürülməsi planlaşdırılır
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunun Sarıcalı kəndinə birinci mərhələdə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Sarıcalı kəndinə mediatur zamanı məlumat verilib.

Bildirilib ki, Sarıcalı kəndində artıq 203 fərdi ev inşa olunub.

Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti