...

Çuy vilayətində Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin filialı açılıb

Cəmiyyət Materials 9 Aprel 2025 16:37 (UTC +04:00)
Çuy vilayətində Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin filialı açılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qırğız Respublikasında fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bişkek şəhərində yaradılan Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin Çuy vilayətində filialı açılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vilayətin Leninsk kəndində açılan filialda uşaqlar Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə də tanış olacaq, bu mövzularda müxtəlif tədbirlərə hazırlaşaraq fəallıq göstərəcəklər.

Qeyd edilib ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi 2022-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Burada Azərbaycan əsilli uşaqlarla yanaşı, həm də qırğız və digər xalqların övladları təhsil alırlar. Çuy vilayəti isə 1934-1937-ci illərdə sovet dövründə repressiyaya məruz qalan və hazırda 6500 nəfər azərbaycanlının Qırğızıstanda kompakt yaşadığı vilayətlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti