Bakı. Trend:
Bütün keçmiş məcburi köçkünlərin öz doğma yurdunda yaşamalarını diləyirəm.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Fikrət Bağırov deyib.
Onun sözlərinə görə, 29 yaşında Ağdamı tərk etmək məcburiyyətində qalıb. İndi isə öz yurduna qayıtdığı üçün çox sevinclidir.
"Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən həyat yoldaşım və oğlumla birlikdə doğma yurda qayıdıram. Artıq uzun illər torpaq həsrətinə son qoyacam", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
